Əhməd Davudoğlu: “Türkiyə İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrini dəstəkləyir”

Əhməd Davudoğlu: “Türkiyə İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrini dəstəkləyir”
# 21 noyabr 2013 09:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Türkiyə İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələrini dəstəkləyir”. APA-nın İran mətbuatına istinadən məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu Ankarada britaniyalı həmkarı Uilyam Heyqlə birgə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, U. Heyqlə görüşündə İranın nüvə proqramı müzakirə edilib: “İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri davam edir. Biz Türkiyə olaraq danışıqların tezliklə müvəffəqiyyətlə nəticələnməsi üçün nə lazımdırsa etməyə çalışırıq. Düzdür, əvvəlki fikrimizdə qalırıq və bölgədə nüvə dövləti istəmirik. Lakin dinc məqsədli nüvə enerjisindən yararlanmaq hüququna məhdudiyyət gətirilməsini də istəmirik. Türkiyə bundan sonra da nə lazımdırsa etməyə hazırdır. Bu mövzunu İranda müzakirə etmək imkanı tapacağıq”.

U. Heyq isə Cenevrə müzakirələrini tarixi fürsət adlandırıb: “Bu müzakirələrin necə irəliləyəcəyini söyləmək hələ çox tezdir. Ancaq bütün ölkələr, o cümlədən Yaxın Şərq ölkələrinin xeyrinə olan razılaşma masa üzərindədir. Müzakirə tərəfləri arasında da ixtilaflar məhdud çərçivədədir. Siyasi iradə və öhdəlik yolu ilə bu ixtilafları aradan qaldırmaq mümkündür. Bu, uzun müddət keçdikdən sonra xarici siyasət sahəsində inkişaf yaranan ən böyük məsələlərdən biri və hamının bu məsələ ilə məlumatlı olması ilə əlaqədar ən yaxşı mövqedir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR