“Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirilib

“Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirilib
# 23 noyabr 2013 09:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi ilə birgə bu gün Buzovna qəsəbəsi ərazisində, Xəzər dənizinin sahil zolağında “Təmiz ekologiya-sağlam həyat” adı altında təmizlik aksiyası keçirib.

Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aksiyada Xəzər dənizinin sahil zolağının 20 hektar ərazisi 15 m3-dən artıq bərk məişət və digər növ tullantılardan təmizlənib.

Tədbirin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın mümkünlüyünü diqqətə çatdırmaq, eyni zamanda gənclərin ətraf mühitlə qarşılıqlı əlaqəsinə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaqdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR