TQDK düzəliş edilməyən dərsliklərin yenidən monitorinqini aparır

TQDK düzəliş edilməyən dərsliklərin yenidən monitorinqini aparır
# 02 dekabr 2013 10:36 (UTC +04:00)

TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva APA-ya açıqlamasında deyib ki, hazırda orta məktəblərin II, IV və VI sinif dərsliklərinin müzakirəsi həyata keçirilir. Onun sözlərinə görə, ilkin olaraq 2013-cü ildə təkrar və müəyyən faizlə çap olunmuş II və IV sinif dərsliklərinə bir daha baxılır və onun müzakirəsi yenidən aparılır: “Bu dərsliklərdə hələ keçən il yekun rəydə bizim qeyd etdiyimiz iradlar və təkliflərin hamısı düzəlməyib. Dərslik tam tirajla çap olunmadığından bunlar nəzərə alınmayıb. Çünki dərsliklər yalnız tam tirajla çap olunanda iradlar nəzərə alınır. Yeni fikirləri nəzərdən keçirmək, keçən ilkiləri korrektə etmək, əlavələr, orfoqrafik, stilistik vəziyyətə baxmaq üçün işlər davam edir”.

A.Batıyeva qeyd edib ki, bu il kurikulum əsasında hazırlanan yeni VI sinif dərslikləri monitorinqinin aparılması üçün komissiyada işçi qrupları yaradılıb. Buraya xeyli təkliflərin daxil olduğunu deyən TQDK rəsmisi vurğulayıb ki, yarım il ərzində keçirilən materialların (sentyabrın 15-dən dekabr ayına kimi olan) işçi qruplarında müzakirəsi keçirilib: “Həmin materiallar da Təhsil Nazirliyinə göndərilib. Ancaq VI sinif dərslikləri üzrə açıq və geniş müzakirələrin fevral ayından başlanması nəzərdə tutulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR