"Qalatasaray"-"Yuventus" oyunu təxirə salınıb - YENİLƏNİB-1 - FOTOSESSİYA - VİDEO

"Qalatasaray"-"Yuventus" oyunu təxirə salınıb - <span style="color: red;">YENİLƏNİB-1  - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 10 dekabr 2013 22:03 (UTC +04:00)

Bakı. Mahir Məmmədli-APA. "Qalatasaray"-"Yuventus" oyunu təxirə salınıb. Bununla bağlı qərar UEFA ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Matçın yeni tarixi dekabrın 11-də açıqlanacaq. Qarşılaşma dayandırıldığı vaxtdan davam etdiriləcək.

**** 00.30

Bakı. Mahir Məmmədli-APA. Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində İstanbulda "Qalatasaray" və "Yuventus" arasında qarşılaşma yarımçıq dayanıb. APA-nın məlumatına görə, oyun başlayandan sonra İstanbulda güclü qar yağmağa başlayıb və meydançanı qar örtüb. Hakim meydançadakı xətlərin görünməydiyini əsas gətirərək, oyunu yarımçıq dayandırıb. Bu, qarşılaşmanın 33-cü dəqiqəsində baş verib. Hakim 20 dəqiqəlik fasilə elan edib. Bu vaxt ərzində meydança qardan təmizlənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR