Ermənistanın energetika və təbii ehtiyatlar naziri: “Qazprom”dan mütləq qaz almaqla bağlı qanuni və siyasi məcburiyyətimiz yoxdur”

Ermənistanın energetika və təbii ehtiyatlar naziri: “Qazprom”dan mütləq qaz almaqla bağlı qanuni və siyasi məcburiyyətimiz yoxdur”
# 23 dekabr 2013 07:04 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ermənistan 2014-cü ilin əvvəllərində İrandan təbii qaz idxal etmək üçün qonşu ölkənin rəsmiləri ilə müzakirələr aparır.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bunu Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsesyan bildirib.

Onun sözlərinə görə, gələn ilin əvvəllərində İrəvanda İran-Ermənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək: “Toplantıda İrandan Ermənistana “mavi yanacaq” ixracı da əsas müzakirə mövzularından biri olacaq. İrandan Ermənistana təbii qaz ixracı məsələsi ilə bağlı İranın Ermənistandakı səfiri ilə görüşmüşük. Hər iki tərəf də İrəvanda keçiriləcək İran-Ermənistan Hökumətlərarası Komissiyasının iclasında “mavi yanacağ”ın qiyməti ilə bağlı müzakirələr aparmaq məsələsində razılığa gəliblər”.

A.Movsesyan deyib ki, İran Ermənistana təbii qazın hər min kubmetrini sat 400 ABŞ dollarından satmağa hazırdır: “Mavi yanacaq” almaq məsələsində Rusiya ilə bu məsələni görüşməyə məcbur idik. Lakin Ermənistanın Rusiyanın “Qazprom” şirkətindən mütləq qaz almaqla bağlı qanuni və siyasi bir məcburiyyəti yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR