Gələn həftə Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək

Gələn həftə Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək
# 07 iyun 2013 12:53 (UTC +04:00)

Bakı Nicat Mustafayev – APA-Economics. İyunun 13-də Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təkilatçılığı ilə Bakıda Azərbaycan-Belçika-Niderland biznes forumu keçiriləcək.

«APA-Economics»in Azpromo-ya istinadən verdiyi məlumata görə, tədbirdə Belçikanın Lommel və Niderlandın Bergeijk şəhərlərindən biznes nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində mühəndislik, boruların qorunması üçün məhsulların istehsalı, optik-mexatronik sistemləri və mexaniki modulların istehsalı, innovativ quşçuluq təsərrüfatları, günəş enerji panelləri üçün şüşə istehsalı, küləkdən, biokütlə və bioqazdan enerji istehsalı, suyun təmizlənməsi və digər sektorları təmsil edən holland və belçikalı sahibkarlar iştirak edəcək.

Tədbirdə iştirak etmək istəyən azərbaycanlı iş adamları Azpromo-ya müraciət edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR