Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir - VİDEO

Soçidə XXII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasimi keçirilir - <span style="color: red;">VİDEO
# 07 fevral 2014 17:52 (UTC +04:00)

APA-nın məlumatına görə, prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edirlər.

Qeyd edək ki, budəfəki Qış Olimpiadası Azərbaycan yığması üçün sayca beşincidir. Soçidə ölkəmizi 4 idmançı təmsil edir. Onlar idmanın iki növü üzrə yarışacaqlar.

Kişilər arasında dağ-xizək idmanı yarışlarında Azərbaycanı Patrik Brahner və Sedrik Nots təmsil edəcəklər. Bundan başqa, Yuliya Zlobina və Aleksey Sitnikov fiqurlu konkisürmənin idman rəqsləri növü üzrə yarışlarda Azərbaycanın bayrağı altında çıxış edəcəklər.

Soçidə keçiriləcək Qış Olimpiya Oyunlarında 15 idman növü üzrə 98 medal dəsti uğrunda mübarizə aparılacaq. Yarışlar 11 idman obyektində keçiriləcək. İlk medal dəsti uğrunda yarışlar fevralın 8-də keçiriləcək. Olimpiya Oyunlarının bağlanma mərasimi fevralın 23-də baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR