Donetsk separatçıları 4 nəfər ATƏT müşahidəçisini azad ediblər

Donetsk separatçıları 4 nəfər ATƏT müşahidəçisini azad ediblər
# 27 iyun 2014 10:22 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva - APA. Ukraynanın şərqində girov saxlanılan ATƏT müşahidəçilərindən 4 nəfər sərbəst buraxılıb.

APA-nın “Euronews”a istinadən verdiyi məlumata görə, “Donetsk Xalq Respublikası”nın təmsilçiləri bunun qarşılığında heç nə gözləmədiklərini bəyan ediblər.

“Biz heç bir şey tələb etmədən onları azad etdik. Ümid edirik ki, beynəlxalq ictimaiyyət bizi başa düşəcək”, - deyə separatçıların lideri Aleksandr Boroday bildirib.

Digər 4 nəfər müşahidəçinin Luqansk yaxınlığında saxlanıldığı bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR