Viktor Yanukoviç yeni hökuməti formalaşdırmağa hazırdır

Viktor Yanukoviç yeni hökuməti formalaşdırmağa hazırdır
# 04 fevral 2014 12:39 (UTC +04:00)

Bakı – APA. Ukrayna prezidenti Viktor Yanukoviç münaqişəni uzatmamağa və yeni hökuməti formalaşdırmağa hazırdır.

APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Regionlar Partiyasının parlament fraksiyasının üzvü, dövlət başçısının parlamentdəki nümayəndəsi Yuri Miroşniçenko deyib.

O bildirib ki, prezident yeni hökumətin formalaşdırılması ilə bağlı parlament fraksiyasının liderləri ilə məsləhətləşmələri davam etdirir.

Miroşniçenko onu da deyib ki, Ukraynada növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi gündəmdə deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR