Yasamal Rayon İcra Hakimiyyəti: “Sovetski”də kiminsə qapısını döyüb, ərizə yazdırmaq məsələsi ola bilməz

Yasamal Rayon İcra Hakimiyyəti: “Sovetski”də kiminsə qapısını döyüb, ərizə yazdırmaq məsələsi ola bilməz
# 07 may 2014 13:53 (UTC +04:00)

Bunun mənası nədir? Belə olsa, “Sovetski” sakinlərinə ümumi müraciət edilərdi. Kiminsə qapısını döyüb ərizə yazdırmaq məsələsi yoxdur. Bu gün mənzil-istismar sahələrinə müraciət etsəniz, görərsiniz ki, nə qədər kommunal xidmətlər üzrə borcları, digər problemləri olan insanlar müraciət edir. Bu proseslər başa çatandan sonra artıq dövlət tərəfindən həmin insanlara mənzilləri ilə bağlı vəsaitlər ödənilir”.

Bunu APA-ya açıqlamasında Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Yasamal Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış Komissiyanın sədri Səməd İslamov bildirib. S. İsmayılov “Bakının “Sovetski” məhəlləsində ev-ev gəzilərək sakinlərə kompensasiya almağa razılaşmaları ilə bağlı ərizə yazmağa məcbur edildikləri barədə yayılan məlumatlara münasibət bildirərkən deyilənlərin əsassız olduğunu açıqlayıb.

S. İslamov deyib ki, Komissiya tərəfindən vətəndaşlara hər kvadratmetr sahə üçün 1500 manat təklif edilir.

İndiyə qədər 2980 ünvanda ölçü işlərinin aparıldığını xatırladan S. İslamov deyib ki, o qədər insan bir dəfəyə Komissiyaya gələ bilməz, Komissiya həftədə iki dəfə vətəndaşları qəbul edir. Onun sözlərinə görə, mənzillərində və qeyri-yaşayış sahələrində ölçü işləri aparılan vətəndaşlar qiymətləndirmə ilə bağlı ayrıca fəaliyyət göstərən komissiyaya müraciət edirlər. Sakinlərin sahəsinin ölçüləri və hər kvadratmetr üçün 1500 manatdan düşən vəsaitin ümumi miqdarı onların nəzərinə çatdırılır. Əgər vətəndaş həmin mənzilin sahəsi ilə bağlı ölçülər və qoyulan qiymətlə razılaşırsa, ərizə yazır ki, xahiş edirəm ki, mənzilimin qiymətləndirilməsi və razılaşdırma protokolu əldə edilməsi üçün Komissiyaya çıxarılsın. Vətəndaşlar ərizələrlə müraciət etdikdən sonra ərizələrin sayına görə mənzillərin sahibləri həftənin ikinci və dördüncü günləri ərazi mənzil-istismar sahələri üzrə qrup şəklində Komissiyaya dəvət olunurlar.

S. İslamov bildirib ki, sakinlər artıq hazır şəkildə Komissiyaya gəlirlər və bildirirlər ki, mənzillərinin ölçüləri və ona qoyulan qiymətlə tanışdırlar və razıdırlar: “Həftənin ikinci və dördüncü günləri Komissiyaya gələnlər artıq könüllü surətdə köçürülmə ilə bağlı müraciət edən və bu məsələ ilə bağlı birbaşa razılıq əldə olunmuş insanlardır. Ancaq həftənin digər günləri müəyyən sualları və problemləri olan sakinlər həm Yasamal Rayon İcra Hakimiyyətinin Cəfər Cabbarlı küçəsi, 12 ünvanındakı inzibati binasında yerləşən Komissiyaya, həm də mənzil-istismar sahələrinə müraciət edirlər. Ölçülərdən narazı olan insanların mənzillərində təzədən ölçü işləri aparılır, yaxud sənədləşməsində problemlər varsa, onlara kömək edilir. Yəni bütün həftə ərzində bu insanlarla əlaqə saxlanılır və köməklik edilir. Ancaq həftənin ikinci və dördüncü günü ərizələrinə baxdığımız insanlar mənzillərinin ölçüləri və ona qoyulan qiymətlə razı olan, evlərinin alınmasını və köçürülmələrini xahiş edən insanlardır. Dünən Komissiyada da 28 nəfər razılaşma protokoluna imza atıb və bank hesablarına pul köçürülüb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR