«Azəriqaz» bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək

«Azəriqaz» bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
# 14 mart 2014 13:35 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azəriqaz» İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar martın 19-27-də gücləndirilmiş rejimdə işləyəcək.

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bayram günlərində istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də «Qaz təsərrüfatında təhlükəsizlik Qaydaları»nın tələblərinə uyğun olaraq qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə Birlik tərəfindən zəruri tədbirlər həyata keçiriləcək.

Belə ki, 185 nömrəli «Qaynar xətt»in və 104 nömrəli Qəza Xidmətinin fəaliyyəti gücləndiriləcək, yerli qaz istismar sahələrinin məsul şəxslərindən ibarət sutkalıq növbətçilik təşkil olunacaq. «Azəriqaz» bütün təbii qaz istehlakçılarından Novruz bayramı günlərində təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmağı, təhlükəsizlik qaydalarına ciddi riayət etməyi xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR