Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 25% artıb

Azərbaycanda kredit qoyuluşların həcmi son bir ildə 25% artıb
# 06 iyun 2014 06:50 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2014-cü ilin mayın 1-nə 16 245,4 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 225,9 mln. manat və ya 24,8% artıb. O cümlədən, kredit qoyuluşların həcmi bu ilin aprelində 355,9 mln. manat və ya 2,2% artıb.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcm yenə də istehlak kreditlərin payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 6 610,9 mln. manat və ya ümumi həcminin 40,7%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 1 697,2 mln. manat və ya 24,5% artıb.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 13,1%-lik payla “İnşaat və əmlak” və 14,3%-lik payla “Ticarət və xidmət” sahələri qeyd etmək olar.

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin mayın 1-nə 895,6 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 140,9 mln. manat və ya 18,7% çoxdur. Eyni zamanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi illik müqayisədə 5,8%-dən 5,5%-dək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR