Paytaxtda sürücülərin xəsarət alması ilə nəticələnən qəza baş verib - FOTOSESSİYA - VİDEO

Paytaxtda sürücülərin xəsarət alması ilə nəticələnən qəza baş verib - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 21 may 2014 00:45 (UTC +04:00)

APA -nın məlumatına görə, hadisə Əhməd Rəcəbli küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb. Qəzada "Nissan" və "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə hər iki sürücü müxtəlif bədən xəsarətləri alıblar. Hadisə yerinə təcili yardım çağırılıb. "Mercedes"ın sürücüsü Elvin Xıdırova elə hadisə yerində tibbi yardım göstərilib. "Nissan"ın sürücüsü Eyvaz Sadıqov isə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Eyvaz Sadıqovun boyunu sındığından vəziyyəti ağırdır.

Hadisə yerinə gələn Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsinin əməkdaşları araşdırmalara başlayıblar. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya dairə yol nişanının tələbinə məhəl qoymayan "Nissan"ın sürücüsü səbəb olub. Qəza baş verən ərazidə "Təhlükəsiz Şəhər" kamerası olduğundan qəzanın səbəbkarı həmin kameranın görüntülərinə baxıldıqdan sonra müəyyən olunacaq.

Faktla bağlı Dövlət Yol Polisinin Nərimanov Rayon Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR