Poroşenko: 11 yaşayış məntəqəsi separatçılardan azad olunub, 7 silah karvanı məhv edilib

Poroşenko: 11 yaşayış məntəqəsi separatçılardan azad olunub, 7 silah karvanı məhv edilib
# 15 iyun 2014 04:43 (UTC +04:00)

“Luqansk və Donetsk vilayətlərinin bir çox yaşayış məntəqələrində muzdlu silahlıların fəaliyyətinə son qoyulub. 11 yaşayış məntəqəsi separatçılardan təmizlənib. Son sutka ərzində ölkə ərazisinə daxil olmağa cəhd edən silah-sursatla dolu 7 avtomobil karvanı, bir neçə tank, BTR, reaktiv yaylım atəş sistemi məhv edilib. İyunun 14-də isə bizim hərbçilər daha bir “Qrad” reaktiv yaylım atəş sistemini ələ keçiriblər”, deyə Poroşenko bildirib.

“Siz bilməlisiniz ki, Ukrayna ordusu bu gün ilk dəfə əks-hücuma keçib. Bizim qoşunlar terrorçuları sıxışdırmağa başlayıb. Mən Silahlı Qüvvələrin qarşısında bir nömrəli vəzifə kimi Ukraynanın dövlət sərhədini tam nəzarətə götürməyi qoymuşam. Terrorçular silah, texnika, dəstək və pulu məhz sərhəddən alırlar. Keçirilən əməliyyat çərçivəsində yalnız son 4 gün ərzində Mariupolda sülh və asayiş bərpa olunub, dövlət sərhədinin 248 km sahəsi nəzarətə alınıb”, deyə Ukrayna prezidenti qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR