Bakıda 29 yaşlı kişi qardaşını bıçaqlayıb

Bakıda 29 yaşlı kişi qardaşını bıçaqlayıb
# 12 may 2014 09:19 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı sakini qardaşını bıçaqlayıb. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, mayın 11-də Biləcəri qəsəbəsi Füzuli küçəsində yaşayan 1985-ci il təvəllüdlü Siyavuş İbrahimov ailə məişət zəminində eyni ünvanda yaşayan qardaşı 1982-ci il təvəllüdlü Rəşadın qulaq nahiyəsindən bıçaq xəsarəti yetirib.

S. İbrahimov Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR