Azərbaycan yığması Moldova ilə yoldaşlıq oyunu keçirəcək

Azərbaycan yığması Moldova ilə yoldaşlıq oyunu keçirəcək
# 09 iyun 2014 12:57 (UTC +04:00)

Bakı – APA. İyunun 12-dən etibarən Moldovanın paytaxtı Kişinyovda 15 yaşadək futbolçulardan ibarət yığmamızın təlim-məşq toplanışı keçiriləcək. Apasport.az saytı xəbər verir ki, komandamızın hazırlıq prosesi çərçivəsində Moldovanın müvafiq yaş qrupuna aid yığması ilə 2 yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.

İyunun 20-də başa çatacaq toplanışa 20 futbolçu dəvət olunub. Moldovada ən çox təmsil olunan “Neftçi” və “Bakı” olacaq. Hər iki paytaxt təmsilçisinin 7 oyunçusu Kişinyova yollanacaq.

Həmin futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Məhərrəm Əhmədov, Soltan Mürşüdov, Hüseyn Hüseynzadə, Vüsal Mustafayev, İsmayıl Bünyadov, Seymur Əliyev, Fərid Mahmudov (hamısı “Neftçi”), Nicat Abbasov, Riad Abbaszadə, Rəşid Əliyev, Nicat Mehbalıyev, Şakir Seyidov, Əli Məmmədzadə, Fərid Nadirov (hamısı “Bakı”), Kamran Quliyev, Məhəmməd Abbaslı (hər ikisi “Qəbələ”), Nicat Quluzadə, Nicat Məmmədov (hər ikisi “Qarabağ”), Tahir Zeynalov, Turan Vəlizadə (hər ikisi “Əlincə”).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR