BAXCP Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib

BAXCP Məhəmməd Əmin Rəsulzadənin abidəsini ziyarət edib
# 31 yanvar 2014 13:57 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) üzvləri Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyi münasibətilə bu gün Novxanıda yerləşən abidəsini ziyarət ediblər.

BAXCP-dən APA-ya verilən məlumata görə, daha sonra partiyanın mərkəzi qərargahında elmi-praktik konfrans keçirilib.

Konfransda tarixçi alim, BAXCP -nin humanitar məsələlər üzrə katibi Vaqif Abışov məruzə ilə çıxış edərək Məhəmməd Əmin Rəsulzadənin siyasi və elmi fəaliyyətindən danışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR