Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sistemi yaradılır

Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sistemi yaradılır
# 13 yanvar 2014 15:13 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycanda müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin yaradılması istiqamətində işlərə başlayıb. Nazirlikdən APA-ya verilən xəbərə görə, Azərbaycan Hökuməti Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihənin (bundan sonra TSİİL) xərclərini ödəmək məqsədilə Dünya Bankından maliyyə vəsaiti alıb. Həmin vəsaitin bir hissəsinin məsləhətçi xidmətlərinə sərf edilməsi nəzərdə tutulub. Xidmətin məqsədi müxtəlif beynəlxalq perspektivləri nəzərə almaqla müəllimlər üçün fəaliyyətə əsaslanan əmək haqqı və mükafatlandırma sisteminin tərtib edilməsindən ibarətdir. Xidmətin icra müddəti 12 aydır.

Təhsil Nazirliyi qeyd olunan xidmətin həyata keçirilməsində iştirak etmək istəyən məsləhətçi təşkilatları xidmətlərin göstərilməsinə maraqlarını ifadə etməyə dəvət edir. Xidmətlərə maraq göstərən məsləhətçi təşkilatlar müvafiq ixtisas tələblərinə və təcrübəyə cavab verdiklərini təsdiq edən məlumatları və sənədləri təqdim etməlidirlər. Məsləhətçi təşkilat təhsil tədqiqatları sahəsində, insan resurslarının idarə edilməsi, xüsusən də əmək haqqı sistemini əhatə edən layihələrdə təcrübəyə, Azərbaycanda və ya digər iqtisadi cəhətdən oxşar ölkələrdə təhsil sahəsində məsləhətçi xidmətlərinin göstərilməsi üçün lazım olan ixtisaslı heyətə və digər resurslara malik olmalıdır. Təşkilatın xüsusilə təhsil sahəsində beynəlxalq donorlar və yerli hökumət tərəfindən maliyyələşən layihələrdə iş təcrübəsi olmalıdır. Maraqların ifadəsi yazılı şəkildə yanvarın 29-dək Təhsil Nazirliyinə təqdim edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR