Güclü yağışlar nəticəsində Astaranın bir neçə yaşayış məntəqəsində evləri su basıb - VİDEO

Güclü yağışlar nəticəsində Astaranın bir neçə yaşayış məntəqəsində evləri su basıb - <span style="color: red;">VİDEO
# 24 oktyabr 2013 11:50 (UTC +04:00)

APA-nın cənub bürosunun məlumatına görə, 12 saat ərzində rayona düşən yağıntının miqdarı 49, 6 millimetr təşkil edib ki, bu da on günlük norma qədərdir. Yağıntılar nəticəsində rayonun Ərçivan qəsəbəsindən Kijabə qəsəbəsinə gedən istiqamətdə 15, Artupa kəndində isə 20-yə yaxın fərdi yaşayış evi, həmçinin həyətyanı sahələr su altında qalıb.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları təbii fəlakətin nəticələrini aradan qaldırmaq məqsədilə hadisə yerinə səfərbər olunublar. Ağır texnika, maşın və mexanizmlərin köməyi ilə sel sularının fərdi yaşayış evlərinin həyətyanı sahələrindən kənarlaşdırılması istiqamətində tədbirlər görülməkdədir.

Bölgədə yağmurlu hava şəraiti davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR