Ukraynanın şərqində keçirilən xüsusi əməliyyat qərargahına birbaşa Turçinov rəhbərlik edir

Ukraynanın şərqində keçirilən xüsusi əməliyyat qərargahına birbaşa Turçinov rəhbərlik edir
# 14 aprel 2014 17:51 (UTC +04:00)

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, əməliyyatın güc hissəsini bu gün Ukraynanın təhlükəsizlik xidmətinin birinci müavini təyin edilmiş Vasili Krutov icra edəcək.

“Qərargaha bilavasitə Turçinov rəhbərlik edir. Operativ məsələlərin həlləri ilə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Parubiy, həmçinin, Ukrayna Təhlükəsizlik Xidmətinin başçısı Nalivayçenko məşğuldur. Ukrayna Təhlükəsizlik Xidmətinin bütün güc strukturları isə Vasili Krutovun tabeçiliyindədir” – adının çəkilməsini istəməyən mənbə RİA Novosti-yə bildirib.

Əməliyyatın niyə məhz 64 yaşlı Krutova həvalə edilməsini isə mənbə izah edə bilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR