İqtisadiyyat və sənaye naziri Siyəzəndə vətəndaşları qəbul edib - FOTO

İqtisadiyyat və sənaye naziri Siyəzəndə vətəndaşları qəbul edib - <span style="color: red;">FOTO
# 12 aprel 2014 11:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Siyəzəndə Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.


İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzində təşkil olunan qəbulda 70-dən çox vətəndaş iştirak edib. Qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, kredit ittifaqının Sahibkarlığa Kömək Milli Fondu ilə əməkdaşlığının qurulması, istehsal və emal sahələrinin yaradılması, kənd yollarının tikintisi, kənd məktəblərinin təmiri, kənd yerlərinin qazlaşdırılmasının başa çatdırılması, işə qəbul və s. məsələlərlə bağlı müraciət ediblər.

Vətəndaşlar Ş. Mustafayev tərəfindən diqqətlə dinlənilib, İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid məsələlərin həlli üçün aidiyyəti struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib, bir sıra vətəndaş müraciətləri yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.

Qəbulda olan vətəndaşların İqtisadiyyat və Sənaye Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə baxılması və müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Qəbul zamanı həmçinin, sahibkarların müxtəlif layihələrə dair təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq və intensiv bağçılıq təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələrinin güzəştli kreditlər hesabına maliyyələşdirilməsi barədə göstəriş verilib. Bununla belə, qəbul günü birbaşa müraciət edən vətəndaşlar da Ş. Mustafayev tərəfindən qəbul edilmiş, hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli üçün qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR