Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hər il 4-5 məktəbli cinayət məsuliyyətinə cəlb olunur

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə hər il 4-5 məktəbli cinayət məsuliyyətinə cəlb olunur
# 10 dekabr 2013 08:07 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının İşçi Qrupunun rəhbəri Məzahir Əliyev deyib.

Məsuliyyətə cəlb edilənlər arasında məktəblilərin çox cüzi sayda olduğunu söyləyən M. Əliyev məktəblərdə narkomaniyanın yayılmasının qarşısının alınması üçün anti-narkomaniya təbliğatı aparıldığını, yaddaş kitabçalarının paylandığını, Dövlət Komissiyası tərəfindən məktəblərdə birgə tədbirlər keçirildiyini, maarifləndirmə işlərinin həyata keçirildiyini deyib.

M. Əliyev ata və ananın narkoman olduğu ailələrdə uşaqların qorunmasının “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasına qarşı mübarizə üzrə Dövlət Proqramı”nda (2013-2018-ci illər) xüsusi yer tutduğunu, bu sahədə müvafiq tədbirlər görüldüyünü də vurğulayıb: “Bu ailələrdə uşaqların və yeniyetmələrin zərərli təsirlərin altına düşməməsi üçün profilaktik tədbirlər görülür”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR