«Bank Standard»ın «Səkkizinci» filialı yenilənib

«Bank Standard»ın «Səkkizinci» filialı yenilənib
# 17 sentyabr 2013 08:46 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Standard» QSC-nin 8-ci km qəsəbəsində yerləşən «Səkkizinci» filialı yeni dizaynda və daha geniş xidmət növləri ilə müştərilərin ixtiyarına verilib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, filialın yenilənməsində əsas məqsəd daha üstün və operativ xidmət göstərməkdir.

Təmirdən sonra konstruktiv olaraq formasını dəyişən və genişlənən «Bank Standard»ın «Səkkizinci» filialında müştərilərə xidmət üçün daha komfortlu şərait yaradılıb. Kredit ödənişləri və əməliyyatlar üçün iki müxtəlif zalın ayrılması, iki xəzinənin fəaliyyət göstərməsi müştəri vaxtına qənaət edərək bank əməliyyatlarının qısa zamanda həyata keçirilməsinə imkan verəcək. Bundan başqa, «Səkkizinci»nin müştəriləri kommunal və kredit ödənişlərini də heç bir sıra gözləmədən, filialda yerləşdirilən «MilliÖn» ödəmə terminalları vasitəsilə rahatlıqla həyata keçirə biləcəklər.

Filialda quraşdırılan LCD monitorlar banka daxil olan zaman xidmətlər haqqında daha rahat və dolğun məlumat almağa kömək edəcək. Bankın genişlənən sahəsi isə filiala gələn hər bir müştəriyə heç bir sıxlıqla üzləşmədən lazımi əməliyyatı rahat həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, «Bank Standard»ın «Səkkizinci» filialı 2001-ci ildən fəaliyyət göstərir. Bu günə qədər filial pərakəndə və korporativ sahələr üzrə 10 mindən çox müştəriyə xidmət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR