Yaponiyada güclü qar nəticəsində 9 nəfər ölüb, 1300-dək insan xəsarət alıb

Yaponiyada güclü qar nəticəsində 9 nəfər ölüb, 1300-dək insan xəsarət alıb
# 15 fevral 2014 18:58 (UTC +04:00)

Bakı-APA. Yaponiyada 2 gündür davam edən güclü qar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 1300-dək insan xəsarət alıb.

Məlumata görə, güclü qar ölkənin 30 prefekturasında tüğyan edir. Xəstəxanalara yerləşdirilən insanların əksəriyyəti buzlu yolda yıxılaraq xəsarət alıb.

Bu gün axşam saatlarınadək Tokioda 27 sm-dək qar yağıb. Bu göstəricinin son 45 ilin rekord göstəricisinə çatdığı bildirilir. Kofu şəhərinə son 120 il ərzində ən çox qar yağıb – burada qarın hündürlüyü 1,14 m təşkil edib. Güclü qar həmçinin Senday və Fukusimada da müşahidə olunur.

Qeyri-sabit hava şəraiti səbəbindən 800-dən çox təyyarə reysi təxirə salınıb. Problemlər həmçinin qatarların hərəkətində də yaşanır. Tokiodan qərb prefekturalarına gedən avtomobil yollarında nəqliyyatın hərəkəti tamamilə məhdudlaşdırılıb. Ölkənin 7 prefekturasında 24,5 ev işıqsız qalıb.

Qeyd edək ki, ötən həftənin sonunda ölkəyə yağan güclü qar nəticəsində azı 15 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR