Avropa Liqasının qrup mərhələsində IV turunun oyunları keçirilib - NƏTİCƏLƏR

Avropa Liqasının qrup mərhələsində IV turunun oyunları keçirilib - <span style="color: red;">NƏTİCƏLƏR
# 08 noyabr 2013 00:58 (UTC +04:00)

Bakı-APA. Avropa Liqasının qrup mərhələsində IV turun oyunları keçirilib. APA-nın “apasport.az” saytına istinadən verdiyi xəbərə görə, ikinci dərəcəli qitə turnirində bütün görüşlər eyni gündə baş tutub.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi “Trabzonspor” da növbəti matçına çıxıb. Qara dəniz klubu səfərdə “Legiya” ilə üz-üzə gəlib. J qrupunun lideri son sırada qərarlaşan polşalıları ilk oyundakı kimi, yenə 2:0 hesabı ilə məğlub edib.

“Rubin” doğma arenada “Uiqan”ı sınağa çəkib. İngiltərədəki oyunda rəqibi ilə xalları yarı bölən Kazan klubu bu dəfə qalib gəlib.

Təmsilçimiz “Qarabağ”ı məğlub edərək qrup mərhələsinə vəsiqə qazanan Almaniyanın “Ayntraxt” klubu səfərdə “Makkabi”nin (Təl-Əviv) qonağı olub. Frankfurtlular rəqibə 4:2 hesabı ilə boyun əyib.

Avropa Liqası, qrup mərhələsi

IV tur

7 noyabr

A qrupu

“Kuban” (Rusiya) - “Suonsi” (İngiltərə) - 1:1

QOL: Balde, 90 - Vilfred, 9

Qırmızı vərəqə: Xando, 75 (“Kuban”)

“Sent Qallen” (İsveçrə) - “Valensiya” (İspaniya) - 2:3

QOL: Besle, 37, Karanoviç, 66 - Biatti, 30, 76, Kanales, 86

Qırmızı vərəqə: Montandon, 56 (“Sent Qallen”)

B qrupu

“Ludoqorets” (Bolqarısran) - “Çernomorets” (Ukrayna) - 1:1

QOL: Aleksandrov, 47 - Qai, 64

PSV (Hollandiya) - “Dinamo” (Xorvatiya) - 2:0

QOL: Maher, 29, Toyvonen, 57

C qrupu

“Esbyerq” (Danimarka) - “Elfsborq” (İsveç) - 1:0

QOL: Van Buren, 71

“Standard” (Belçika) - “Zalsburq” (Avstriya) - 1:3

QOL: M Poku, 55 - Svento, 42, Kempl, 45, Alan, 58

D qrupu

“Rubin” (Rusiya) - “Uiqan” (İngiltərə) - 1:0

QOL: Kuzmin, 22

“Maribor” (Sloveniya) - “Zulte Varegem” (Belçika) - 0:1

QOL: Hazard, 29 (pen.)

E qrupu

“Dnepr” (Ukrayna) - “Pakuş Ferreyra” (Portuqaliya) - 2:0

QOL: Mateus, 44, Konoplyanka, 66

“Panduri” (Rumıniya) - “Fiorentina” (İtaliya) - 1:2

QOL: Erik, 32 - Matos, 86, Valero, 90

F qrupu

APOEL (Kipr) - “Bordo” (Fransa) - 2:1

QOL: Aleksandro, 13, Morais, 55 - Sane, 45

Qırmızı vərəqə: Mario Budimir, 50 - Landri N Qemo, 50

“Makkabi” (Təl-Əviv, İsrail) - “Ayntraxt” (Frankfurt, Almaniya) - 4:2

QOL: Zahavi, 15, 90 (pen.), Barak İtzaki, 30, 35 - Lakiç, 63, Meyer, 67 (pen.)

G qrupu

“Rapid” (Avstriya) - “Genk” (Belçika) - 2:2

QOL: Boyd, 40, 45 - Mbodyi, 28 (pen.), Buffel, 61

“Tyun” (İsveçrə) - “Dinamo” (Ukrayna) - 0:2

QOL: Şenkel, 29, (avtoqol), Yarmolenko, 69

Qırmızı vərəqə: Mbokani, 17 (“Dinamo”)

H qrupu

“Sevilya” (İspaniya) - “Liberets” (Çexiya) - 1:1

QOL: Perotti, 29 - Pavelka, 71

“Eştoril” (Portuqaliya) - “Frayburq” (Almaniya) - 0:0

Qırmızı vərəqə: Höfler, 86, Karim Cude, 88 (“Frayburq”)

I qrupu

“Riyeka” (Xorvatiya) - “Lion” (Fransa) - 1:1

QOL: Kramariç, 21 - Plea, 14

“Gimaraynş” (Portuqaliya) - “Betis” (İspaniya) - 0:1

QOL: Çuli, 90

J qrupu

“Legiya” (Polşa) - “Trabzonspor” (Türkiyə) - 0:2

QOL: Maluda, 71, Olcan Adın, 79

“Latsio” (İtaliya) - “Apollon” (Kipr) - 2:1

QOL: Flokkari, 14, 37 - Papoulis, 39

K qrupu

“Tromse” (Norveç) - “Anji” (Rusiya) - 0:1

QOL: Mkrtçyan, 90

“Tottenhem” (İngiltərə) - “Şerif” (Moldova) -2:1

QOL: Lamela , 60, Defo, 67 (pen.) - İsa, 72

L qrupu

“Alkmaar” (Hollandiya) - “Şaxtyor” (Qazaxıstan) - 1:0

QOL: Ortis, 55

“Makkabi” (Hayfa, İsrail) - PAOK (Yunanıstan) - 0:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR