Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin inzibati binasından oğurluq edilib

Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin inzibati binasından oğurluq edilib
# 23 aprel 2014 16:14 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı şəhər Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəliyinin inzibati binasından oğurluq edilib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayon İcra Hakimiyyətinin Əlibəyov qardaşları 84 ünvanında yerləşən 2 saylı nümayəndəliyinin inzibati binasından qapını sındırma yolu ilə 3 ədəd kompüter dəsti, 1 ədəd HP markalı nootbuk və 1 ədəd “WI-Fi” modem oğurlanıb.

Hazırda polis hadisəni törədən şəxsin tapılması istiqamətində iş aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR