Azərbaycan səfiri Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan səfiri Ukrayna xarici işlər nazirinin müavini ilə görüşüb
# 08 aprel 2014 10:54 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukrayna xarici işlər nazirinin müavini Danilo Lubkivski ilə görüşüb. APA-nın Ukrayna XİN-in mətbuat xidmətinə istinadən yaydığı məlumata görə, nazir müavini Azərbaycan tərəfinə Ukraynanın ərazi bütövlüyünə verilən dəstəyə, xüsusilə martın 27-də BMT baş Asambleyasında Ukrayna ilə bağlı qəbul olunan qətnamənin lehinə səs verdiyinə görə öz minnətdarlığını bildirib.

Tərəflər suverenlik, ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüquq prinsiplərinin vacibliyini vurğulayıblar. Görüş zamanı qeyd olunub ki, iki ölkə mövcud olan strateji əməkdaşlıq mexanizmi çərçivəsində əməkdaşlığın davam etdirilməsinə hazırdır. Tərəflər əsas sahələr üzrə xüsusi layihələrə diqqət yönəltmək barədə razılığa gəliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR