Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,04% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,1%, Nasdaq 0,04% enib
# 11 mart 2014 06:51 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 16 419 bəndədək, S&P 500 0,1% - 1 877 bəndədək, Nasdaq 0,04% - 4 334 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərin dinamikasına xarici makroiqtisadi xəbərlər, o cümlədən Yaponiyanın iqtisadi artımı və Çinin ixracı barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında martın 10-da FTSE 100 indeksi 0,4% - 6 690 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 266 bəndədək enib, Fransa CAC-40-ı isə 0,1% - 4 371 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 340,40 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3866 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR