Ticarət obyektləri sökülən şəxslər Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd ediblər - FOTO

Ticarət obyektləri sökülən şəxslər Bakı Metropoliteninin binası qarşısında etiraz aksiyasına cəhd ediblər - <span style="color: red;">FOTO
# 17 mart 2014 14:30 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Metronun “Neftçilər” stansiyasında obyektləri sökülən ticarətçilər “Bakı Metropoliteni” QSC-nin binası qarşısında aksiyaya cəhd ediblər.

APA-nın məlumatına görə, aksiya iştirakçıları ödədikləri icarə haqlarının və vergi ödənişlərinin qaytarılmasını tələb ediblər. Aksiyaçıların sözlərinə görə, digər stansiyalarda çalışanların ödədikləri icarə haqları qaytarılsa da, bu, “Neftçilər” stansiyasında çalışanlara şamil olunmayıb.

Ticarətçiləri metropoliten rəhbərliyi ilə görüşüb, lakin metropoliten rəhbərliyi ticarətçilərə bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi məsləhət görüb.

Aksiya insidentsiz başa çatıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR