Azərbaycanda istilərlə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib - VİDEO

Azərbaycanda istilərlə əlaqədar hərbi hissə və birləşmələrdə xüsusi rejimə keçilib - <span style="color: red;">VİDEO
# 19 may 2014 10:09 (UTC +04:00)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əmrə əsasən, havanın hərarətinin yüksək olduğu günlərdə şəxsi heyətin isti və günvurmadan qorumaq üçün döyüş hazırlığı məşğələləri saat 11:00-dək və 17:00-dan sonra keçirilməli, hərbi qulluqçulara günorta saatlarında istirahət verilməlidir.

Döyüş hazırlığı və gündəlik fəaliyyət tədbirləri planlaşdırılarkən hərbi qulluqçular günəş şüalarının birbaşa düşdüyü ərazidə olmamalı, əsasən kölgəlikdə, kazarma şəraitində yerləşdirilməli, açıq səma altında görülən xidməti işlərə cəlb olunmamalı, hərbi hissələrdə sərin su duşları və əlavə su təchizatı məntəqələri yaradılmalı, şəxsi heyət içməli su və fərdi su qabları ilə təmin edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR