Bakıda bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

Bakıda  bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib
# 03 mart 2014 07:07 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda ağır yol qəzası baş verib. Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, martın 3-ü saat 03:40 radələrində Nardaran qəsəbəsi ərazisində Bilgəh qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ramin Əliyev idarə etdiyi «VAZ-2106» markalı avtomobili yol kənarındakı hasara vurub, nəticədə özü hadisə yerində dünyasını dəyişib. Onun sərnişini, 1985-ci il təvəllüdlü Elvin Cəfərov isə xəsarətlə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR