Fransa Suriyada mümkün əməliyyatla bağlı qərarı yaxın günlərdə verəcək

Fransa Suriyada mümkün əməliyyatla bağlı qərarı yaxın günlərdə verəcək
# 27 avqust 2013 19:45 (UTC +04:00)

Bakı-APA. Fransa prezidenti Fransua Olland bəyan edib ki, Paris Suriyada mümkün əməliyyatla bağlı qərarını yaxın günlərdə qəbul edəcək. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Olland Fransanın xarici ölkələrdəki səfirləri ilə görüşündə bildirib.

O əlavə edib ki, Suriyaya hərbi müdaxilə ilə bağlı yekun qərar hələlik qəbul olunmayıb. Bundan əvvəl Böyük Britaniyanın baş nazirinin müavini Nik Kleqq qeyd edib ki, London Suriyada əməliyyat planlaşdırsa da, prezident Bəşər Əsədin devrilməsinə can atmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR