İran və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olub

İran və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olub
# 06 iyun 2013 14:38 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran və Suriya xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın İRİB-ə istinadən məlumatına görə, görüşdə Suriyadakı böhran əsas müzakirə mövzusu olub.

Ə.Salehi bildirib ki, terrorçu qruplara qeyri-qanuni yollardan silah yardımın kəsilməsilə Suriyada siyasi böhran üçün həll mühiti yaranar: “Cenevrədə keçirilməsi planlaşdırılan yığıncaqda qeyri-qanuni silah göndərilməsi yollarının bağlanması ilə Suriyadakı qarşıdurmaların sona çatması və axan qanların durdurulmasına ümid edirik. Bu ölkədə siyasi dialoqun bir an əvvəl başlaması vacibdir. Suriya iqtidarı və müxalifətinin müzakirə masasına oturmaqdan başqa çarəsi yoxdur”.

Vəlid əl-Müəllim isə öz növbəsində İrana göstərdiyi yardımlara görə təşəkkür edərək, rəsmi Tehranın hər zaman Suriyada stabillik və sülhün təmin olunması üçün çalışdığını deyib: “Suriya xalqı və hökuməti öz dəyər və ideallarını qorumaqda qərarlıdır. Biz ölkədə stabillik və sülhün təmin olunmasınadək öz müqavimətimizi davam etdirəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR