Gəncədə 20 yaşlı oğlanı elektrik cərəyanı vurub

Gəncədə 20 yaşlı oğlanı elektrik cərəyanı vurub
# 09 iyul 2013 15:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə epilepsiya xəstəsi elektrik naqilinə toxunaraq dünyasını dəyişib. Gəncə şəhər Prokurorluğundan APA-nın Qərb bürosuna verilən məlumata görə, epilepsiya xəstəsi, 1993-cü il təvəllüdlü Gəncə şəhər sakini Teyyub Bağırov qıcolma nəticəsində özündən gedərək üzəri açıq olan elektrik naqilinə toxunub və cərəyan vurması nəticəsində dünyasını dəyişib. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR