«AXA-Mbask» şirkəti yol qəzasında həlak olanların qohumlarına 20 min manat ödəyib

«AXA-Mbask» şirkəti yol qəzasında həlak olanların qohumlarına 20 min manat ödəyib
# 13 may 2013 07:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən «AXA-Mbask» sığorta şirkəti nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair qarşı tərəfin ölümü ilə nəticələnən sığorta iddiası üzrə sığorta ödənişi həyata keçirib. Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, həmin sığorta növünə aid ödəniş Şəki-Qax yolunda baş vermiş yol qəzası ilə bağlı olub.

Qəza nəticəsində dörd nəfər həlak olub. «AXA-Mbask» tərəfindən 20 min manat məbləğində sığorta ödənişi zərər çəkmiş tərəflərin qohumlarına verilib.

Qeyd edək ki, ilin əvvəlindən nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə bağlı şirkət artıq 500 min manatdan çox sığorta ödənişi edib.

İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərti ilə on-line rejimində buraxılır.

İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR