Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Qardabaniyə səfər edib - FOTO

Gürcüstan prezidentliyinə namizəd Georgi Marqvelaşvili Qardabaniyə səfər edib - <span style="color: red;">FOTO
# 28 sentyabr 2013 14:31 (UTC +04:00)

Qardabani. Nizami Məmmədzadə-APA. “Gürcü Arzusu” koalisiyasından Gürcüstan prezidentliyinə namizəd irəli sürülən Giorgi Marqvelaşvili bu gün azərbaycanlıların kompakt yaşadığı Qardabani şəhərində səfər edib və əhali ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, sakinlər qarşısında çıxış edən G. Marqvelaşvili dövləti yenidən qurmağın vacib olduğunu bildirərək seçicilərə müraciət edib: “Biz birlikdə dövlətimizi yenidən quracağıq və sizin həyat şəraitinizi daha da yaxşılaşdırmaq üçün bütün imkanlardan istifadə edəcəyik. İstədiyimizi yaratdıqdan sonra arzuladığımız gələcək bizim olacaq”.

G. Marqvelaşvili daha sonra seçicilərdən xahiş edib ki, ona səs versinlər.

Xatırladaq ki, Gürcüstanda prezident seçkiləri oktyabrın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR