Yardımlı rayonunda 9 tondan artıq çətənə bitkisi məhv edilib

Yardımlı rayonunda 9 tondan artıq çətənə bitkisi məhv edilib
# 18 dekabr 2013 13:08 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Xaş-xaş 2013" şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq tədbirlər davam edir.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Yardımlı rayonunun inzibati ərazisində 35 ha sahədə, 19 min 300 ədəd, ümumi çəkisi 9 min 250 kiloqramdan artıq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar olunaraq, yaşıl kütlə şəkilində yandırılma üsulu ilə məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR