MTRŞ: Teleradio şirkətlərində bədi şuraların yaradılması 2013-cü ildə başa çatdırılmalıdır

MTRŞ: Teleradio şirkətlərində bədi şuraların yaradılması 2013-cü ildə başa çatdırılmalıdır
# 08 noyabr 2013 12:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda teleradio şirkətlərində dil və nitq mədəniyyətinin qorunması üçün Bədi Şuraların yaradılması nəzərdə tutulur”.

APA-nın xəbərinə görə, bunu Milli Televiziya və Radio Şurası sədrinin müavini Qafar Cəbiyev teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində sentyabr-oktyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, dövlət proqramı bütövlükdə 2013-2020-ci illəri əhatə etsə də, bədi şuraların yaradılması 2013-cü ildə başa çatdırılmalıdır: “Azərbaycanda teleradio yayımçılarının dövlət dilindən istifadəsində dinamika müsbətə doğru dəyişməkdədir. Amma bu heç də o demək deyil ki, bu sahədə, ümumiyyətlə, problem yoxdur. Bəli, problemlər var, özü də onların sayı kifayət qədər çoxdur. Odur ki, işgüzar müzakirələrə ehtiyac yoxdur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR