Ağsu və Yardımlı rayonlarında yanğın olub

Ağsu və Yardımlı rayonlarında yanğın olub
# 29 oktyabr 2013 02:36 (UTC +04:00)

Bakı-APA. Ağsu rayonu ərazisində yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, rayon ərkəzindən14 km aralıda yerləşən Qaraqoyunlu kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 24 kv.m sahədə və damına yığılmış 4,5 ton ot bağlamasının 2,5 tonu yanıb. Tövlənin, ot bağlamasının qalan hissəsi və tövləyə yığılmış 2,5 ton taxıl yanğından mühafizə olunub.

Digər yanğın hadisəsi Yardımlı rayonu ərazisində qeydə alınıb. Rayon mərkəzindən 30 km aralıda yerləşən Deman kəndində vətəndaşa məxsus fermanın ərazisində 5 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR