Pentaqon rəhbəri Ukraynanın müdafiə nazirini etirazçılara qarşı hərbi güc tətbiqindən çəkindirib

Pentaqon rəhbəri Ukraynanın müdafiə nazirini etirazçılara qarşı hərbi güc tətbiqindən çəkindirib
# 12 dekabr 2013 04:28 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın müdafiə naziri Çak Heyqel ukraynalı həmkarı Pavel Lebedevi etirazçılara qarşı hərbi güc tətbiqindən çəkindirib. APA-nın “France 24” telekanalının saytına istinadən verdiyi məlumata görə, Heyqel Lebedevlə çərşənbə günü telefonla danışıb.

Pentaqon rəhbəri dinc nümayişlərin dağıdılmasında hərbçilərin istənilən formada iştirakının zərərli olduğunu vurğulayıb.

“Ukrayna Silahlı Qüvvələrindən mülki əhaliyə qarşı istifadə yolverilməzdir”, - deyə Heyqel qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR