“İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” layihəsinin ictimai müzakirəsinə dair görüş keçirilib

“İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı” layihəsinin ictimai müzakirəsinə dair görüş keçirilib
# 14 oktyabr 2013 16:45 (UTC +04:00)

Bakı – APA. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində növbəti dövr üçün hazırlanmış “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı (2014-2018-ci illər)” layihəsinin ictimai müzakirəsinə dair görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə idarənin məsul şəxsləri, İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının üzvlərinin və digər QHT-lərin nümayəndələri iştirak edib.

Yeni Milli Fəaliyyət Planının layihəsi haqqında geniş məlumat verən idarənin məsul şəxsləri bildiriblər ki, Milli Fəaliyyət Planı şəxsiyyətin və cəmiyyətin insan alverinin istənilən formalarından müdafiəsi, insan alverinin səbəblərinin, insan alverinə şərait yaradan halların müəyyən edilməsi və aradan qaldırılması, şəxslərin insan alverinin qurbanına çevrilməsi riskinin azaldılması, insan alverinin bütün formalarının aşkar edilməsi və qarşısının alınması, habelə nəticələrinin aradan qaldırılması, insan alveri qurbanlarının və potensial qurbanların həyat səviyyəsinin yaxşılaşdırılması üçün zəruri şəraitin yaradılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reabilitasiyası, insan alverinə qarşı mübarizədə müvafiq qurumların qarşılıqlı fəaliyyətinə imkan verən səmərəli sistemin təmin edilməsi və s. istiqamətlərdə müvafiq tədbirləri nəzərdə tutur.

Çıxış edən natiqlər fəaliyyət planı üzrə insan alverinə qarşı mübarizə aparan bütün qurumların insan alveri qurbanlarının cəmiyyətdə ayrı-seçkiliyə məruz qalmasının qarşısının alınması, insan alveri qurbanlarının təhlükəsizliyinin və onlarla nəzakətli rəftarın təmin edilməsi, hüquqi, siyasi, sosial-iqtisadi və təşkilati xarakterli profilaktik tədbirlərin həyata keçirilməsi, insan alverinə qarşı mübarizəyə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, insan alverinə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və s. sahələr üzrə bir sıra tədbirlərin həyata keçiriləcəyini qeyd ediblər.

Görüşdə “Azərbaycan Respublikasının İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planı”nın layihəsi ciddi şəkildə müzakirə olunub və qarşıda görülməli olan işlər barəsində fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR