Bakının iki rayonunda suyun verilişi məhdudlaşdırılacaq

Bakının iki rayonunda suyun verilişi məhdudlaşdırılacaq
# 17 aprel 2014 08:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının 2 rayonunda suyun verilişində məhdudiyyətlər yaranacaq.

“Azərsu” ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Bakı şəhəri Binəqədi rayonu 7-ci mikrorayon ərazisində yeni çəkilmiş 1 000 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar bu gün ərzində Binəqədi və Nərimanov rayonlarının bir hissəsinə içməli suyun verilməsində fasilələr olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR