“Bizim yol” qəzeti Pərviz Həşimlinin saxlanılması barədə açıqlama yayıb

“Bizim yol” qəzeti Pərviz Həşimlinin saxlanılması barədə açıqlama yayıb
# 18 sentyabr 2013 05:36 (UTC +04:00)

Bakı-APA. “Bizim yol” qəzeti əməkdaşı Pərviz Həşimlinin saxlanılması barədə açıqlama yayıb. APA-nın qəzetin saytına istinadən verdiyi xəbərə görə, açıqlamada bildirilib ki, dünən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən “Bizim Yol” qəzetinin əməkdaşı, moderator.az saytının direktoru Pərviz Həşimli saxlanılıb.

P. Həşimlinin Cinayət Məcəlləsinin 206.3.2-ci və 228.2.1-ci maddələri ilə qaldırılmış cinayət işi üzrə şübhəli şəxs qismində cəlb edildiyi bildirilib: “Bu səbəbdən məhkəmənin qərarı ilə Pərviz Həşimlinin evində və iş yerində axtarış aparılıb. Bu iş üzrə saxlanılanlar qanunsuz odlu silah və narkotik saxlamaqda şübhəli bilinirlər”.

“Bizim Yol” qəzetinin redaksiyası P. Həşimlinin belə bir cinayət əməllərində hər hansı formada iştirakına inanmadığını vurğulayıb, istintaqın obyektiv və qərəzsiz aparılacağına, gerçək ortaya çıxacağına inamını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR