İranla "altılıq" ölkələri arasında keçirilən nüvə müzakirələri başa çatıb

İranla "altılıq" ölkələri arasında keçirilən nüvə müzakirələri başa çatıb
# 16 oktyabr 2013 22:59 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla “altılıq” ölkələri arasında oktyabrın 14-15-də Cenevrədə keçirilən növbəti nüvə müzakirələri başa çatıb. APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, BMT-nin Avropadakı ofisində keçirilən danışıqlardan sonra tərəflər birgə bəyanatla çıxış edib.

M. Zərif yalnız İranın “altılıq” ölkələrinə təqdim etdiyi planı açıqlayıb. Qarşı tərəf də iki gün müddətində həmin təklifləri araşdırıb. Eyni zamanda İran və ABŞ, Rusiya, Böyük Britaniya və Fransa nümayəndə heyətləri arasında təkbətək görüşlər keçirilib.

Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində keçirilib. Ona görə də müzakirələrdə İran nümayəndə heyətinə nazir müavini Seyid Abbas Əraqçı rəhbərlik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR