Azərbaycan DİN-in polkovnik-leytenant rütbəli sabiq əməkdaşına Ukraynada sui-qəsd olub

Azərbaycan DİN-in polkovnik-leytenant rütbəli sabiq əməkdaşına Ukraynada sui-qəsd olub
# 26 may 2014 13:59 (UTC +04:00)

Ukrayna Azərbaycanlıları Həmrəylik Təşkilatının sədri İlqar Məmmədov APA-ya açıqlamasında bildirib ki, Ukraynanın Jitomir şəhərində sui-qəsdə məruz qalan şəxs sabiq polis polkovnik-leytenantı Natiq Novruzovdur.

Hadisə ötən həftə axşam saatlarında Jitomir şəhərində N.Novruzovun tanışlarından birinin evində baş verib. Belə ki, tanışlarından birinin 9-cu mərtəbədə yerləşən mənzilinə gedən N.Novruzovun üzünə qapını tamam yad şəxslər açıb və dərhal ondan oradan uzaqlaşmağı tələb ediblər. N.Novruzov bunun səbəbini soruşduqda “Siz qara millət rədd olun buradan!” kimi təhqiramiz cavab alaraq hücuma məruz qalıb. Onu döyərək 9-cu mərtəbənin pilləkənləri arasından aşağı atıblar. Çevikliyi sayəsində pilləkənlərin dəmirlərindən tutub xilas olmağa çalışan N.Novruzov sağ qalsa da, sağ ayağı dizdən aşağı bir neçə yerdən sınıb.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib və cinayət işi qaldırılıb. Hadisəni törədənlərin kimliyi araşdırılır.

Qeyd edək ki, N.Novruzov 2006-cı ilədək Azərbaycanda daxili işlər orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Son işindən üç ay bundan əvvəl uzaqlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR