Sergey Lavrov: “Suriya ilə bağlı qətnaməmiz Avstraliya və Lüksemburqun qətnamələrindən fərqlənir”

Sergey Lavrov: “Suriya ilə bağlı qətnaməmiz Avstraliya və Lüksemburqun qətnamələrindən fərqlənir”
# 13 fevral 2014 10:27 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Rusiyanın Suriya ilə bağlı BMT-yə təklif etdiyi qətnamə Avstraliya və Lüksemburqun qətnamələrindən fərqlənir. Hesab edirik ki, Suriyada humanitar böhran çox ciddidir və biz konkret addımlara üstünlük veririk.

APA-nın məlumatına görə, bunu Misir xarici işlər naziri Nabil Fəhmi ilə keçirdiyi mətbuat konfransında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

S.Lavrovun sözlərinə görə, Homs şəhərinə və fələstinli qaçqınların məskunlaşdığı Yarmuk düşərgəsinə humanitar yardımın çatdırılması təcrübəsi Suriyanın digər bölgələrində tətbiq edilməlidir: “Silahlı müxalifətə təsir edə biləcək bütün tərəfdaşlarımızdan istəyirik ki, humanitar yardımların lazımi yerlərə çatdırılması üçün səylər göstərsinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR