Yadigar Sadıqovun məhkəməsi başlayıb

Yadigar Sadıqovun məhkəməsi başlayıb
# 05 noyabr 2013 15:43 (UTC +04:00)

Bakı. Ağəddin Babayev - APA. Bu gün Lənkəran Rayon Məhkəməsində hakim Elçin Kazımovun sədrliyi ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun barəsində cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, təqsirləndirilən şəxsin vəkili Xalid Bağırov məhkəmədə 3 vəsatətlə çıxış edib.

Bu vəsatətlərdən biri hakimin dəyişdirilməsi, ikincisi şahidlərin ifadələrinin cinayət işindən çıxarılması, üçüncüsü isə Yadigar Sadıqovun sərbəst buraxılması ilə bağlı olub.

Məhkəmə hər üç vəsatəti rədd edib.

Məhkəmə baxışı noyabrın 12-nə təyin olunub.

Qeyd edək ki, Yadigar Sadıqov iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında Lənkəran Şəhər-Rayon Polis Şöbəsində saxlanıb. Rəşid Kərimov iyunun 25-də Lənkəranın Cavanşir küçəsindəki çayxananın qarşısından keçərkən Yadigar Sadıqovun iki nəfərlə birgə onu döydüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR