Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub - FOTO

Fizika üzrə Nobel mükafatı laureatı AMEA Fizika İnstitutunda olub - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 09:00 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova – APA. “III Bakı Beynəlxalq Humanitar Forumu” çərçivəsində Bakıda səfərdə olan Fizika üzrə Nobel mükafatı laureatı (1985-ci il), Maks Plank adına Ştutqart Elmi-Tədqiqat İnstitutunun professoru Klaus fon-Klitsinq AMEA Fizika İnstitutunda olub. Bu barədə APA-ya Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Elmin İnkişafı Fondunun keçirdiyi qrant müsabiqələri çərçivəsində AMEA-nın Fizika İnstitutunda reallaşdırılan iki pilot layihəsi üzrə yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturlarının, nanotexnologiyalar sahəsində dünyanın elmi cihazlar istehsal edən qabaqcıl şirkətlərinin ən modern cihaz, qurğu və avadanlıqlarının alınaraq burada quraşdırılması, ABŞ-da, Yaponiyada kadrların ixtisasının artırılması, institutun ən qısa zamanda müasir tələblərə cavab verən ən yeni nəsil cihazlarla əvəz olunması barədə məlumat verilib.

Professor Klaus fon-Klitsinq görülən işlərin səviyyəsini və perspektivini yüksək qiymətləndirib, fikir mübadiləsi aparıb və öz tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR