Xanəndə Samir Mustafayevi qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə 9 il iş verilib - VİDEO

Xanəndə Samir Mustafayevi qətlə yetirməkdə təqsirləndirilən yeniyetməyə 9 il iş verilib - <span style="color: red;">VİDEO
# 22 noyabr 2013 12:24 (UTC +04:00)

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Orucov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət hadisəsi 2013-cü il iyulun 12-də Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda baş verib. Həmin ünvanda xanəndə Samir Mustafayev öldürülüb. Qətli törədən Aydın Orucov Samiri oğru zənn edərək qətlə yetirib. İstintaq zamanı mərhumun mobil telefonundakı "SMS"lər oxunandan sonra məlum olub ki, Samir gecə evə oğru kimi yox, yaxın münasibətdə olduğu qadının yanına gəlib . Hadisə baş verən gecə ikinci mərtəbədə olan Aydın Orucov birinci mərtəbədən səs eşidərək, aşağı düşüb. Birinci mərtəbədə anası yatan otağa çatanda Samirlə üz-üzə gəlib. Onu oğru zənn edərək, bıçaqla iki dəfə vurub. Xanəndə evdən qaçsa da, Aydın onu təqib edib. Samiri “Papanin” körpüsünün altında tutub və bıçaqla daha bir zərbə vurub və hadisə yerindən uzaqlaşıb. Orta məktəbin 11-ci sinif şagirdi olan Aydın ifadəsində Samiri evlərinə məhz oğurluğa girməsinə görə vurduğunu deyib. Məlum olub ki, Samirin telefonunda son "SMS" Aydının anası tərəfindən yazılmış “Qapı açıq olacaq, girərsən içəri” olub. Bu "SMS"-dən sonra Samirin Aydıngilin evinə hansı məqsədlə getməsi aydınlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR