Həbsxanada və istintaq təcridxanasında saxlanılan şəxslərdən mobil telefon götürülüb

Həbsxanada və istintaq təcridxanasında saxlanılan şəxslərdən mobil telefon götürülüb
# 04 fevral 2014 08:19 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan şəxsdən mobil telefon aşkar olunub.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Nizami Qədimalı oğlu İbrahimovun üzərinə baxış keçirilərkən, əynində olan şalvarının cibindən daxilində “Cin” danışıq kartı olan bir ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Cinayət Məcəlləsinin 221.2.1; 67.1; 68.1.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş Firdovsi Elşad oğlu Mustafayevin saxlandığı kameraya baxış keçirilərkən, kameradakı istilik borusunun arxasında düzəldilmiş gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Faktlar üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR